Yeni dövr, yeni çağırışlar, yeni mesaj: “Gedin, öz işinizlə məşğul olun” - “Kaspi”nin TƏHLİLİ + FOTO
Artıq ölkəmizin qarşısında yeni hədəflər, vəzifələr var. Prezident İlham Əliyevin andiçmə mərasimində açıqladığı bu məqamlar gələcək inkişafımızın əsas konturlarını təşkil edəcək.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
“Bizim ailəmiz Türk dünyasıdır”
Prezidentin çıxışında yeni dönəm xarici siyasət kursumuzun əsas istiqamətləri və hədəfləri də açıq şəkildə göstərilib. Azərbaycanın bundan sonrakı xarici siyasətində əsas istiqamətlərdən biri türk dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi olacaq. Bunun səbəblərini açıqlayan Prezidentin səsləndirdiyi arqumentlər isə tam əsaslı və məntiqlidir: “İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər”.
آردینی اوخو / ادامه مطلب